Spirtli içkidən sonra yalnız su İÇİN

 16:56 28.07.2025     93

Alkoqol qəbul etdikdən sonra onu yalnız qazsız su ilə yumaq tövsiyə olunur.

Redaktor.az xəbər verir ki, bu haqda cərrahiyə kafedrasının müəllimi Aleksandr Umnov aif.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, portağal, qreypfrut kimi turş şirələr qaraciyər fermentləri ilə spirt arasında rəqabət yaradır. Bu isə spirtin orqanizmdən təmizlənməsini ləngidir və onun toksik təsirini artırır.

Bundan əlavə, şirin içkilər mədəaltı vəzi əlavə yükləyərək nekroz riskini yüksəldə bilər. Qazlı sular isə mədədə etil spirtinin daha tez sorulmasına səbəb olur və bu, sürətli zəhərlənmə ilə nəticələnə bilər.

Umnov həmçinin qeyd edib ki, spirtli içkiləri çay və ya qəhvə ilə yumaq da arzuolunmazdır. Bu içkilər ürəyə düşən yükü artıraraq aritmiya riskini yüksəldə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən