Dırnaq batan zaman bunları EDİN

Dırnaq batmasının ilkin mərhələsində problemi ev şəraitində aradan qaldırmaq mümkündür.
Redaktor.az xəbər verir ki, bu haqda dermatoloq Vivian Scarpa "Terra" portalına müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, əgər dəri şişmiş, qızarmış və ağrılıdırsa, təsirlənmiş nahiyə antibakterial və antifungal xüsusiyyətlərə malik triklosan tərkibli sabunla yuyulmalıdır.
Scarpa əlavə edib ki, gündə iki-üç dəfə, beş dəqiqəlik duzlu isti vannalar iltihabın azalmasına kömək edir. Əgər prosedurlar müsbət nəticə verərsə, gələcəkdə batıq dırnaqların qarşısını almaq üçün dırnaqları düz şəkildə kəsmək və dar ayaqqabılardan uzaq durmaq tövsiyə olunur.
Lakin vəziyyət üç gün ərzində yaxşılaşmazsa və xüsusilə irin əmələ gələrsə, mütləq həkimə müraciət edilməlidir.
Aytəkin TOFİQQIZI