Bufet yeməkləri TƏHLÜKƏLİDİR

 09:54 29.07.2025     100

Endokrinoloq Zuxra Pavlova bufet yeməklərinin sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis "Teleqram" kanalında yay tətili zamanı insanların bu yemək formatından istifadə edərkən qarşılaşa biləcəkləri dörd əsas riski açıqlayıb.

Pavlova qeyd edib ki, bufetlərdə gigiyena qaydalarına riayət olunmur: “Hamı eyni maşaya toxunur. Kimsə salatın yanında asqırır. Başqası isə öz qaşığını ümumi boşqaba salır”.

Onun sözlərinə görə, bu, ciddi yoluxma riskləri yaradır.

İkinci təhlükə kimi temperatur rejiminə əməl olunmamasını göstərən həkim bildirib ki, bufetdə saxlanılan yeməklər tez-tez düzgün temperaturda saxlanmır və nəticədə bakteriyalar sürətlə çoxala bilər.

Üçüncü təhlükə allergiyası olanlar üçün nəzərdə tutulub. Pavlovanın sözlərinə görə, qoz-fındıq, qlüten və süd izləri müxtəlif yeməklərdə qarışa bilər, xüsusilə qaşıqlar bir neçə yemək arasında istifadə edilirsə.

Dördüncü və sonuncu təhlükə isə həddindən artıq yemək riskidir. Həkim bu riski azaltmaq üçün kiçik boşqabdan istifadə etməyi, əvvəlcə tərəvəz və proteinlə doldurmağı, yavaş-yavaş yeməyi və bol su içməyi tövsiyə edib. Eyni zamanda, bufetdə yemək seçmədən öncə bütün menyunu nəzərdən keçirmək və süfrəyə iki dəfədən çox yaxınlaşmamaq da məsləhət görülür.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən