Pambıq çubuqlarından istifadə TƏHLÜKƏLİDİR

Həkim Toni Farmer qulaqları təmizləmək üçün pambıq çubuqlardan istifadə etməyin təhlükəli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda “Infobae”yə verdiyi müsahibəsində danışıb.
“Pambıq çubuqlarla siz qulaq kanalının tıxanması, ağrı və hətta qulaq pərdəsinin yırtılması ilə nəticələnə biləcək qulaq kirini içəri itələyirsiniz”, - deyə həkim xəbərdarlıq edib.
Digər mütəxəssis, doktor Bruce Stewart isə qulaq kirinin orqanizmin təbii qoruyucu mexanizmi olduğunu xatırladıb.
Onun sözlərinə görə, qulaq kanallarının tez-tez təmizlənməsi dərinin qurumasına, qıcıqlanmasına və ekzema riskinə səbəb ola bilər.
Həkimlər qulaqların yalnız xarici səthini nəm salfetlərlə təmizləməyi və pambıq çubuqlardan tamamilə imtina etməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI