Diş sıxılmasından xilas olmağın yolları bunlardır

Britaniyalı stomatoloq Sahil Patel diş qıcırdatmasından (bruksizm) xilas olmağın və onun yaratdığı baş ağrıları, üz, boyun və çiyinlərdə ağrılar, eləcə də temporomandibulyar oynağın (TMJ) pozğunluqlarının qarşısını almağın yollarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu barədə “Metro” nəşrinə danışıb.
Patelin sözlərinə görə, bruksizm çənə əzələlərinin həddindən artıq gərginləşməsinə və nəticədə dişlərin tez aşınmasına səbəb olur.
O, bu problemin qarşısını almaq üçün gecələr istifadə olunan və dişlər arasındakı təmasın qarşısını alan xüsusi qoruyucu qapaqları (gecə gözətçiləri) tövsiyə edib.
Kosmetoloq Natalya Andreeva isə alternativ üsul olaraq çeynəmə əzələlərinə botoks yeridilməsini məsləhət görüb.
Onun fikrincə, bu prosedur çənə sıxılmasını azaltmaqla yanaşı, çənədəki gərginliyi və baş ağrılarının intensivliyini azaldır, həmçinin yuxu və həyat keyfiyyətini yaxşılaşdırır.
Andreeva qeyd edib ki, botoksun təsiri əzələlərin gücündən və fərdi xüsusiyyətlərdən asılı olaraq hər üç-altı ayda bir təkrarlanmalıdır.
Aytəkin TOFİQQIZI