Plastik butulkalardan su içərkən ehtiyyatlı OLUN

 08:31 30.07.2025     154

Dietoloq Anton Polyakov plastikin tərkibindəki maddələrin daxili orqanlara, xüsusilə də reproduktiv sistemə mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, lenta.ru-ya müsahibəsində həkim plastik butulkalardan imtina etməyin əsas səbəbini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, plastik butulkaların 99,9 faizi qocalmağa meylli olan və zərərli ftalatlar buraxan polietildən hazırlanır.

“Bu maddələr endokrin pozucular hesab olunur və qalxanabənzər vəzi, reproduktiv sistem və digər orqanların fəaliyyətinə mənfi təsir göstərir”, - deyə o bildirib.

Polyakov əlavə edib ki, plastik istiliyə məruz qaldıqda ftalatların ayrılması prosesi daha da sürətlənir. Əgər su radiator yaxınlığında, isti otaqlarda və ya günəş şüaları düşən vitrinlərdə saxlanılırsa, zərərli maddələrin konsentrasiyası artır.

O, içkilərin şüşə qablarda alınmasını tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən