Duşdan sonra bu səhvi ETMƏYİN

 13:41 30.07.2025     70

Həkim Boticaria Garcia bir çox insanın duşdan sonra ümumi bir səhvə yol verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssis "La Nacion"a müsahibəsində danışıb.

Garcianın sözlərinə görə, ideal olaraq duşdan sonra üç ayrı dəsmaldan istifadə etmək lazımdır. Büz üçün, biri saç üçün, digəri isə bədən üçün nəzərdə tutulmalıdır.

Əgər yalnız bir dəsmal istifadə olunursa, həkim qurutma ardıcıllığına diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, ilk olaraq saçlar, daha sonra isə bədən, cinsiyyət orqanları və ayaqlar qurudulmalıdır.

Qarsiya əlavə edib ki, bakteriya və göbələklər çirkli və rütubətli dəsmallarda tez çoxalır, bu isə dəri infeksiyaları və digər yoluxucu xəstəliklərə səbəb ola bilər.

O, dəsmalların müntəzəm yuyulmasının və tam qurudulmasının vacibliyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən