Uşaqlarda travmalar əsasən bu yaş aralığında baş verir

 15:12 30.07.2025     78

"Körpə uşaqlarda ən çox yüngül travmalara rast gəlinir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutu Uşaq travmatologiya və ortopediya şöbəsinin travmatoloq ortopedi İlham Şıxbabayev bildirdi.

"Yıxılma, əzik kimi travmalar 1-3 yaş aralığındakı uşaqlarda daha çox rast gəlinir", - deyə həkim qeyd etdi.

Onun sözlərinə görə, yüksək dərəcəli travmalar, yəni yüksəklikdən yıxılma və s. kimi hadisələrə körpələrdə çox az rast gəlinir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən