Yumurtanın bilinməyən faydası

Dietoloq Emma Derbişir yumurtanın göz sağlamlığı üçün kökdən daha faydalı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, yumurta tərkibində gözlər üçün vacib olan bir sıra faydalı maddələr daşıyır. Xüsusilə, linzanın şəffaflığını qorumaq üçün lazım olan B2 vitamini ilə zəngindir. Bundan əlavə, yumurtada tor qişa üçün əhəmiyyətli olan sink də yüksək miqdarda mövcuddur.
Dietoloq həmçinin həftədə ən azı bir dəfə sardina, tuna və digər yağlı balıqların istehlakını tövsiyə edib.
O qeyd edib ki, bu balıqların tərkibində göz sağlamlığı üçün mühüm rol oynayan dokosaheksaenoik turşusu (DHA) mövcuddur.
Aytəkin TOFİQQIZI