Kolbasa bu xəstəliklərin yaranma riskini ARTIRIR

 08:34 01.08.2025     131

Kardioloq Mariya Çaykovskaya xəbərdarlıq edib ki, gündə yalnız bir kolbasa yemək eyni anda 11 xəstəliyin inkişaf riskini artırır.

Redaktor.az
xəbər verir ki, bu haqda həkim "Teleqram" kanalında məlumat verib.

Çaykovskayanın qeyd etdiyi kimi, gündə bir kolbasa yemək kolon və ağciyər xərçəngi, hipertoniya, damar iltihabı, ateroskleroz, ürək-damar xəstəliyi, demans, şəkərli diabet, piylənmə, böyrək xəstəlikləri və nevroloji xəstəliklər riskini artırır.

Həkimin sözlərinə görə, kolbasaların tərkibində cəmi 15-20 faiz ət var, qalanı isə sakatat, soya və müxtəlif kimyəvi maddələrdir. Eyni şey ən çox bişmiş kolbasalara aiddir. Sonda Çaykovskaya kolbasa və salama yaxşı alternativ ola biləcək həqiqi ət, o cümlədən bişmiş toyuq seçməyə çağırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən