Sağlamlıq üçün ən təhlükəli pəhriz hansıdır?

 08:45 01.08.2025     123

Endokrinoloq Anna Marçenko arıqlamaq üçün bəzi pəhrizlərin sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, mütəxəssis aif.ru-ya müsahibəsində sağlamlıq üçün ən təhlükəli pəhriz sisteminin adını çəkib.

“Sağlamlıq üçün ən təhlükəli olanlar ciddi məhdudiyyətlərlə qısamüddətli pəhrizlərdir. Onlar kəskin kalori çatışmazlığı səbəbindən sürətli arıqlamağa və bədəndən mayenin çıxarılmasına yönəlib”, - deyə Marçenko bildirib.

Onun sözlərinə görə, bu üsulla bir neçə həftə ərzində on kiloqrama qədər çəki itirmək mümkündür. Lakin insan əvvəlki qidalanma rejiminə qayıtdıqda, çəki tezliklə geri qayıdır.

Həkim eyni zamanda bəzi qidaları və ya bütöv qida qruplarını istisna edən pəhrizlərin də təhlükəli olduğunu qeyd edib.

O, misal olaraq keto pəhrizi göstərib. Bu pəhrizdə karbohidratla zəngin məhsullar qidalanmadan çıxarılır və bədən enerji almaq üçün yağları parçalamağa başlayır. Nəticədə arıqlama baş verir.

Lakin Marçenkonun sözlərinə görə, bu cür pəhriz ürək-damar xəstəlikləri riskini artırır, həmçinin böyrək və öd daşı xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Bundan başqa, xolesterin səviyyəsinin yüksəlməsi də mümkündür.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən