Bütün duz növləri sağlamlıq üçün zərərlidir?

 09:00 01.08.2025     109

Digər duz növləri adi süfrə duzundan çox da fərqlənmir. 

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Sonia Pombo The Guardian-a müsahibəsində danışıb.

Dietoloqun sözlərinə görə, dəniz duzu kimi bəzi duz növləri təbii sayılır və bu, onları daha sağlam kimi göstərir. Lakin onların tərkibində olan az miqdarda kalium və maqnezium praktiki olaraq heç bir üstünlük yaratmır.

“Əgər mikroelementlər istəyirsinizsə, meyvə yeyin”, - deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, mənşəyindən asılı olmayaraq, bütün duz növləri sağlamlıq üçün potensial zərərlidir. O bildirib ki, gündəlik icazə verilən duz miqdarı altı qramdır. Bu miqdarı keçmək qan təzyiqinin artması və digər xəstəliklərin yaranma riskini artırır.

“Son məlumatlara görə, biz bu miqdarın 40 faizindən çoxunu istehlak edirik”, - deyə o əlavə edib.

Pombo qeyd edib ki, duzun sağlam yolla istifadəsi yalnız onun miqdarının azaldılması ilə mümkündür. Bunun üçün o, evdə daha tez-tez yemək bişirməyi və yüksək duz tərkibli, əsasən işlənmiş qidalardan uzaq durmağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən