Gec yatmaq bədəni necə zəiflədir? - ARAŞDIRMA

 10:11 01.08.2025     87

Harvard Tibb Məktəbinin alimləri yuxu saatları ilə bədənin sağlamlıq göstəriciləri arasında birbaşa əlaqəni sübut edən genişmiqyaslı araşdırma dərc ediblər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, 63 min nəfər üzərində aparılan və 8 il davam edən bu araşdırma göstərib ki, gecə saat 11-dən sonra yatan şəxslərdə ürək-damar xəstəlikləri, piylənmə və insulin müqaviməti kimi problemlərin riski orta hesabla 19 faiz daha yüksəkdir.

Alimlər qeyd edirlər ki, "gec saatlara qədər oyaq qalmaq bədənin bioloji ritmini pozur" və bu pozuntu metabolizmi yavaşladaraq immun sisteminə də mənfi təsir göstərir. Ən sağlam yuxu saatları isə axşam 21:30-22:30 arası yatmaq və səhər 06:00-07:00 arası oyanmaqdır.

Professor Linda Huang bildirir:

“Bədənimiz özünü gecə təmir edir. Bu təmir prosesi ləngidikdə, bədənin müdafiə sistemi də zəifləyir”.

Araşdırma həmçinin göstərib ki, gec yatma vərdişi olan insanların psixoloji durumlarında da gərginlik, həyəcan və diqqət pozuntusu daha çox müşahidə olunur.

Gec yatmaq təkcə yorğunluğa səbəb olmur – bu, uzunmüddətli perspektivdə bədən sistemlərinin balansını poza və ciddi sağlamlıq problemlərinə zəmin yarada bilər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən