Diş ətindəki bakteriyaların beyin sağlamlığına ZƏRƏRLƏRİ

Diş ətində olan xroniki infeksiyalar yalnız ağız deyil, beyin sağlamlığı üçün də təhlükə yaradır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin New York Universitetində 1000-dən çox orta yaşlı şəxs üzərində aparılan tədqiqat zamanı müəyyən edilib ki, diş əti iltihabı ilə alzheymer xəstəliyi arasında güclü əlaqə var.
Tədqiqatçılar xüsusilə Porphyromonas gingivalis adlı bakteriyanın ağız boşluğundan qan vasitəsilə beyinə keçə bildiyini və oradakı hüceyrələrdə degenerativ dəyişikliklərə səbəb olduğunu aşkarlayıblar. Bu da yaddaş zəifliyi və koqnitiv geriləməyə yol aça bilər.
Professor Linda Cheng bildirib:
“Diş sağlamlığına laqeyd yanaşmaq sadəcə estetik deyil, neyroloji problemlərə qədər gedib çıxan bir təhlükədir”.
Daimi diş baxımı, düzgün fırçalama və diş həkiminə müntəzəm müraciət yalnız ağız sağlamlığı üçün deyil, ümumi orqanizmin qorunması üçün də vacibdir.
Nuriyyə NATİQQIZI