Günəş altında qalma müddəti minimuma endirilməlidir

 15:09 01.08.2025     98

Günəşə qarşı allergiyanın təzahürlərindən biri ultrabənövşəyi şüalara məruz qalma nəticəsində yaranan allergik dəri xəstəliyidir.

Redaktor.az xəbər verir ki, allerqoloq Daria Çernuşeviç lenta.ru-ya günəşə qarşı allergiyanın əlamətləri və səbəbləri haqqında danışıb.

“Ultrabənövşəyi şüaların dəriyə təsiri altında insan orqanizmində immunitet sisteminin mast hüceyrələri adlanan hüceyrələr aktivləşir. Onların tərkibində orqanların toxumalarında müxtəlif təsirlər göstərə bilən aktiv maddələri olan qranullar var. Bu qranullar günəş işığının təsiri altında sərbəst buraxıldıqda, histamin ifraz olunur ”, -  ekspert qeyd edib.

Həkim günəş allergiyasının inkişaf riskini azaltmaq üçün həkim müntəzəm olaraq SPF məhsullarından istifadə etməyi tövsiyə edib. Çölə çıxdıqdan sonra hər iki saatdan bir təkrar tətbiq edilməlidir. Mütəxəssis həmçinin günəş altında qalma müddətini minimuma endirməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən