Kif təmizlənsə belə məhsulda zərərli maddələr QALIR

 08:13 04.08.2025     88

Qida eksperti Yelena Spetsenko xəbərdarlıq edib ki, məhsulda kif göründükdə hətta təsirlənmiş ərazi kiçik olsa belə  həmin qidanı tullamaq daha təhlükəsizdir.

Redaktor.az xəbər verir ki, mütəxəssis aif.ru  ilə söhbətində belə məhsulların istehlakının sağlamlıq üçün risklərindən danışıb.

“Əslində, kif göbələkləri məhsulun toxumasına dərindən nüfuz edən mikroskopik saplar əmələ gətirir. Görünən kif yalnız səthdə olsa da, onun alt qatlara keçməsi mümkündür. Bəzi kif növləri isə istiliyə davamlı olan və bədəndə toplanaraq sağlamlığa zərər verən toksinlər istehsal edir”, - deyə Spetsenko bildirib.

Onun sözlərinə görə, xüsusilə nəmliyi yüksək olan yumşaq məhsullar təhlükəlidir (meyvə, tərəvəz, çörək və süd məhsulları). Belə hallarda, görünən kif təmizlənsə belə, məhsulun qalan hissəsində zəhərli maddələr qalır.

“Məsələn, qoz-fındıq, dənli bitkilər və mürəbbələrdə tez-tez aflatoksinlərə rast gəlinir. Bu maddələr qaraciyərə ciddi zərər vura bilər”, - mütəxəssis əlavə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən