Ağız boşluğunun gigiyenasına laqeyd yanaşmaq TƏHLÜKƏLİDİR

 15:18 04.08.2025     67

Onkoloq Prashant Pawar bildirib ki, baş və boyun xərçənginə son vaxtlar siqaret çəkməyən insanlar arasında daha çox rast gəlinir.

Redaktor.az xəbər verir ki, o,  bu təhlükəli tendensiyanı "Urgante24"ə müsahibəsində şərh edərək üç əsas səbəbi qeyd edib.

Pawarın sözlərinə görə, baş və boyun xərçənginə insan papillomavirusu (HPV) səbəb ola bilər, lakin bu virusun bütün növləri onkoloji xəstəliklərə yol açmır.

Həkim əlavə edib ki, bu xəstəliyin inkişafında digər risk faktoru kimi havanın çirklənməsi də mühüm rol oynayır.

Onun fikrincə, ağız boşluğunun gigiyenasına laqeyd yanaşmaq təhlükəli patologiyanın yaranma ehtimalını artırır.

Aytəkin TOFİQQIZI

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən