“Toxluq yox, aclıq yaradan qidalar” - Mütəxəssislərdən xəbərdarlıq

 16:48 04.08.2025     60

Son illərdə sağlam həyat tərzinə marağın artması ilə yanaşı, düzgün qidalanma mövzusunda araşdırmalar da genişlənir. Xarici qidalanma mütəxəssisləri bu dəfə toxluq yox, əksinə aclıq hissini artıran bəzi gündəlik qidalar barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, bu məhsullar həm sağlamlığa mənfi təsir göstərir, həm də davamlı aclıq hissi yaradır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər belə təsirə malik 4 əsas məhsulu sadalayır:

Çin duzu (monosodium qlütamat) – Dadlandırıcı kimi istifadə olunan bu maddə daha çox hazır sup tozlarında, bulyon kublarında və qablaşdırılmış çərəzlərdə rast gəlinir. Çin duzu mədəaltı vəzin daha çox insulin ifraz etməsinə səbəb olur və nəticədə tez aclıq hissi yaranır. Bundan əlavə, bu maddə beyindəki sinir hüceyrələrini həddindən artıq hərəkətə gətirərək zərərli nəticələrə yol aça bilər.

Ağ un – Bəzən "ağ çörək unu" kimi tanınan bu un növü uzun saxlanma müddətinə görə tərkibindən kəpək və faydalı qatları çıxarılmış undan hazırlanır. Bu isə onun tərkibindəki lif, vitamin və mineralları azaldır. Nəticədə ağ unla hazırlanan yeməklər qan şəkərini tez qaldırır və tez salır, bu isə insanda tezliklə aclıq hissi yaradır.

Ağ şəkər – Bu növ şəkər orqanizmdə qısa müddətə enerji artımı yaratsa da, az sonra qan şəkərinin qəfil düşməsinə səbəb olur. Bu hal isə daha güclü aclıq hissi ilə nəticələnir. Mütəxəssislər bildirir ki, ağ şəkərin mütəmadi istifadəsi həm köklüyə, həm də enerji çatışmazlığına səbəb ola bilər.

Qlüten – Çörək, bulka və digər un məmulatlarında rast gəlinən bu maddə toxluq hissini azaldır, bədəndə şəkərə bənzər reaksiya yaradır. Qlüten eyni zamanda qan şəkərinin dəyişkənliyinə səbəb olur və bu da davamlı aclıq hissi formalaşdırır. Qlüten həm də köklüyə və piylənməyə zəmin yaradır.

Mütəxəssislər xüsusilə arıqlamaq və sağlam qalmaq istəyən şəxslərə bu cür məhsullardan uzaq durmağı, əvəzində təbii, lifli və doydurucu məhsullardan istifadə etməyi tövsiyə edirlər. Çünki düzgün qidalanmamaq təkcə çəki problemi ilə deyil, həm də ümumi sağlamlıq və psixoloji vəziyyətlə bağlı ciddi fəsadlara yol aça bilər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən