"Azyaşlı uşaqların dənizdə çimməsinin müəyyən fəsadları var" - Pediatr

Yay aylarının gəlişi ilə bir çox ailələr istirahət üçün dəniz kənarını seçir. Lakin azyaşlı uşaqların dənizdə çimməsi sağlamlıq cəhətdən müəyyən qədər sual doğurur.
Azyaşlı uşaqların dənizdə çimməsi nə dərəcədə təhlükəldir?
Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov bildirdi ki, azyaşlı uşaqların hovuzda və yaxud da dənizdə çimməsinin müəyyən fəsadları var.
"Xüsusilə də bu dəqiqə infeksiyalar yayılıb. Törədiciləri adeno, rota və nora viruslardır. Bəzən koksaki viruslarla da yoluxurlar, bədəndə səpkilər olur, yüksək hərarət, qusma, ishal, bu kimi əlamətlər olur. Yaxud da hovuza gedəndə, hətta öz şəxsi hovuzları olanda belə xlorlaşma yüksək səviyyədə olarsa, müxtəlif allergik reaksiyalar, allergik konyunktivit və s. problemlər yaranır", - deyə pediatr vurğuladı.
Aytəkin TOFİQQIZI