Sızanaqları sıxmaq sağlamlıq üçün çox TƏHLÜKƏLİDİR

 16:15 05.08.2025     73

Kosmetoloq Romulo Malaquias insanları sızanaqları özbaşına sıxmaqdan çəkinməyə çağırıb.

Redaktor.az xəbər verir ki, həkim Terra” portalına verdiyi açıqlamada bu vərdişin sağlamlığa mənfi təsirlərindən danışıb.

“Döküntüləri sıxmaq tövsiyə olunmur, çünki bu, infeksiyalara, çapıqlara və post-akne ləkələrinə səbəb ola bilər. Xüsusilə də dərin və qapalı komedonların sıxılması nəzarətsiz iltihab yaradaraq vəziyyəti ağırlaşdıra bilər”, - deyə Malaquias xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, sızanaqlar sıxıldıqda onların içindəki maddələr dərinin dərin qatlarına nüfuz edir və bakteriyalar ətraf toxumalara yayılır. Nəticədə, bu vərdişi olan insanlar tez-tez dəri vəziyyətinin daha da pisləşməsindən və ağrıdan şikayət edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən