Allergiyaların artmasının əsas səbəbləri

 22:29 05.08.2025     62

Avropada aparılan yeni tədqiqat nəticəsində məlum olub ki, son on ildə allergik xəstəliklərin xüsusilə də toz, polen (çiçək tozu), qida və dərman allergiyalarının sürətlə artması əsasən urbanizasiya, ətraf mühitin çirklənməsi və bağırsaq mikroflorasındakı dəyişikliklərlə əlaqəlidir.

Redaktor.az xəbər verir ki, Almaniyanın Berlin Universiteti və İsveçin Karolinska İnstitutu tərəfindən birgə aparılan 5 illik araşdırmada 12 Avropa ölkəsində 50 min nəfərin sağlamlıq göstəriciləri təhlil olunub. Əsas nəticələr bunlardır:

Polen allergiyaları 30% artıb. Uşaqlarda fıstıq və süd məhsullarına qarşı allergiya 25% yüksəlib. Şəhərlərdə yaşayanlarda allergik simptomlar kənd yerlərində yaşayanlara nisbətən 2 dəfə çox qeydə alınıb.

Alimlər qeyd edir ki, “hiyenə nəzəriyyəsi” yenidən təsdiq olunmaqdadır. Bu nəzəriyyəyə görə, uşaqların az mikroblarla təmasda olması onların immun sisteminin düzgün inkişaf etməməsinə səbəb olur ki, bu da daha sonra allergik reaksiyalara gətirib çıxarır.

 

Araşdırma göstərib ki, antibiotiklərin həddindən artıq istifadəsi və qeyri-sağlam qidalanma bağırsaqlarda faydalı bakteriyaların sayını azaldır. Bu da allergik reaksiyaların güclənməsinə şərait yaradır.

Prof. Dr. Lisa Körner (Berlin Universiteti):
"Allergiyaların qarşısını almaq üçün uşaqların erkən yaşlardan müxtəlif təbii mikroorqanizmlərlə təmasda olması, düzgün qidalanma və kimyəvi maddələrin məhdudlaşdırılması vacibdir."

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən