Meyvələrin sağlamlığa təsirləri - Araşdırma

Son dövrlərdə beynəlxalq elmi dairələrdə aparılan bir sıra araşdırmalar meyvələrin insan sağlamlığına təsirini daha ətraflı ortaya qoyub. Müxtəlif yaş qruplarını əhatə edən bu tədqiqatlar, meyvələrin sağlam həyat tərzinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Redaktor.az “News-Medical”a istinadla xəbər verir ki, meyvə və tərəvəzlə zəngin qidalanma sarcopenia — yəni yaşla əlaqədar əzələ itkisi riskini ciddi şəkildə azaldır. Vitamin və antioksidantlarla zəngin olan bu məhsullar əzələ gücünü və həyat keyfiyyətini qorumağa kömək edir.
ABŞ-da 1 700 uşaq üzərində aparılan genişmiqyaslı tədqiqat meyvə istehlakının qarın piylənməsinin qarşısını almaqda mühüm rol oynadığını göstərib. Bu isə gələcəkdə diabet və digər metabolik xəstəliklər riskini azaldır.
20 il ərzində 13 000-dən çox insanın izlənməsi nəticəsində əldə olunan məlumatlara əsasən, meyvə istehlakı depressiya və zəka geriləməsi riskini azaldır. Bu təsir xüsusilə giləmeyvələrdə olan flavonoidlərin sayəsində mümkün olur.
William Paterson Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində limon dünyanın ən faydalı meyvəsi elan olunub. Limonun yüksək C vitamini, antioksidant və az şəkər tərkibi onu sağlamlıq baxımından ideal meyvəyə çevirir.
Nuriyyə NATİQQIZI