"Günvurma zamanı bol maye qəbul olunmalıdır" - Terapevt

Yay aylarında günəşli havalarda uzun müddət birbaşa gün şüaları altında qalmaq insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu risklərdən ən çox yayılanı da günvurmadır.
Günvurmadan necə qorunmaq lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Günay Lətifova bildirdi ki, son zamanlar havanın hədsiz isti keçməsi baş ağrılarına səbəb olur.
"Eyniylə kondisionerdən çox istifadə etmək pnevmoniya və soyuqdəymə hallarına gətirib çıxarır. Çox təəssüf edirik, amma bu bir faktdır. Günvurma baş ağrılarına, ciddi halsızlığa, hətta ürək getməsinə kimi gətirib çıxara bilir".
Həkim-terapevt vurğuladı ki, günvurma zamanı qusma, diareya (qarın açılması) mütləq şəkildə özünü büruzə verir.
"Bu zaman nə etmək lazımdır? İlk öncə saat 12-4 arası mümkün mərtəbə günəşin altında olan zaman kepka, çətir və s. kimi məhsullardan istifadə etmək tövsiyə olunur. Günvurma halı baş verərsə, bol maye qəbul olunmalı, istirahət edilməldir ki, bu prosesdən azad olsunlar. Yox əgər özlərini gün ərzində çox pis hiss edirlərsə, mütləq şəkildə həkimə müraciət etsinlər".
Aytəkin TOFİQQIZI