Bol su içmək bu orqana xeyirlidir

Dietoloq Sandro Ferraz bildirib ki, qaraciyərin sağlamlığını yaxşılaşdırmaq üçün bir neçə gündəlik vərdiş inkişaf etdirmək lazımdır.
Redaktor.az xəbər verir ki, həkim "Terra" portalı ilə müsahibəsində bu haqda geniş məlumat verib.
Ferrazın qeyd edib ki, qaraciyərin vəziyyəti balanslaşdırılmış pəhriz və spirtli içkilərdən qaçınmaqla yaxşılaşdırıla bilər, çünki onlar sirroza səbəb olur. Bol su içmək də vacibdir, çünki bu, bütün orqanların düzgün işləməsi üçün lazımdır. Bundan əlavə, mütəxəssis qaraciyərdə yağ yığılmaması üçün çəkiyə nəzarət etməyə çağırıb.
Mütəxəssisin sözlərinə görə, müntəzəm fiziki məşqlər qaraciyərə də fayda verəcək. Ferraz həmçinin antioksidantlarla zəngin qidaların istehlakını artırmağı tövsiyə edib. O, sonda əlavə edib ki, qaraciyər xəstəliklərinin qarşısını almaq üçün qida rasionunda doymuş yağları məhdudlaşdırmağa, hər hansı xəstəlikdən özünü müalicə etməkdən çəkinməyə, vaxtında hepatitə qarşı peyvənd olunmağa, müntəzəm analizlərdən keçməyə və varsa şəkərli diabetə nəzarət etməyə diqqət etmək lazımdır.
Aytəkin TOFİQQIZI