Yaşıl çay yaddaşı gücləndirir və alzheimer riskini azaldır

 16:16 06.08.2025     66

Son illərdə sağlam qidalanma sahəsində aparılan araşdırmalar çayın faydalarını bir daha sübut edir.

Redaktor.az xarici mediaya isyinadla xəbər verir ki, ABŞ-nin İllinoys Universitetinin alimləri yaşıl çayın beyin sağlamlığına təsirini araşdıraraq maraqlı nəticələr əldə ediblər.

Universitetin Tətbiqi Fiziologiya və Qidalanma Mərkəzində 500 nəfər üzərində aparılan araşdırma zamanı müəyyən olunub ki, gündə ən azı iki fincan yaşıl çay içmək yaddaşın güclənməsinə və beyin funksiyalarının qorunmasına müsbət təsir edir. Alimlərin fikrincə, çayın tərkibində olan “epigallokatexin qallat” (EGCG) adlı antioksidant beyində sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır.

Tədqiqat qrupunun rəhbəri professor Lisa Chang bildirib ki, "yaşıl çay təkcə diqqət və konsentrasiyanı artırmır, həm də yaş artdıqca yaranan nevroloji pozuntuların qarşısını almaqda yardımçı ola bilər."

Bundan əlavə, araşdırma nəticələrinə görə, müntəzəm yaşıl çay istehlakı Alzheimer xəstəliyinin başlanma riskini 21% azaldır. Alimlər bu nəticələrin gələcəkdə çay əsaslı əlavələrin hazırlanmasına və klinik müalicələrdə istifadəsinə zəmin yarada biləcəyini düşünürlər.

Bu araşdırma bir daha sübut edir ki, qədim Şərq ənənəsi olan çay içmək təkcə zövq deyil, həm də sağlamlıq üçün faydalı bir vərdişdir. Mütəxəssislər xüsusilə yaşıl çayın gündəlik qida rasionuna daxil edilməsini tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən