Qəhvənin hansı xəstəliyə xeyiri var?

Qəhvə yoğun bağırsağın peristaltikasını stimullaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova "Teleqram" kanalında məlumat verib.
O, qəbizliklə mübarizədə bu içkinin düzgün istifadəsinin faydalı ola biləcəyini qeyd edib.
Pavlovanın sözlərinə görə, gündə cəmi 100 milliqram kofein qəbul etmək bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik riskini təxminən 20 faiz azalda bilər. Lakin mütəxəssis xəbərdarlıq edir ki, əgər gündə iki stəkandan çox güclü qəhvə içilərsə, bu, əks təsir göstərə və bağırsaqların fəaliyyəti zəifləyə bilər.
Endokrinoloq əlavə edib ki, bir çay qaşığı üyüdülmüş qəhvədə 60 milliqram kofein var. Bir stəkan (100 millilitr) Arabica növündən hazırlanmış espressoda 60-70 milliqram, Robusta növündə isə bu göstərici təxminən 100 milliqram təşkil edir.
Həkim maksimum fayda əldə etmək üçün orta miqdarda qəhvə qəbulunu tövsiyə edib gündə bir-iki fincan güclü və ya acqarına olmayaraq üç fincan zəif qəhvə. Qəhvənin susuzlaşdırıcı təsirinin qarşısını almaq üçün onu adi ilıq su ilə qəbul etmək tövsiyə olunur.
Pavlova onu da vurğulayıb ki, davamlı qəbizlik problemi olan şəxslər bu vəziyyəti qəhvə ilə müalicə etməyə çalışmamalıdır belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.
Aytəkin TOFİQQIZI