Qəribə qoxulara maraq yalnız psixi pozğunluqlarla əlaqəli DEYİL

Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, qəribə qoxulara olan sevgi ruhi xəstəliyin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə həkim “İzvestiya” nəşrinə danışıb.
Demyanovskayanın sözlərinə görə, əgər insan aseton, benzin, lak və bu kimi digər qeyri-adi qoxuları xoşlayırsa, bu narahatlıq, depressiya, şizofreniya, isterik şəxsiyyət pozğunluğu və ya bipolyar affektiv pozğunluğun göstəricisi ola bilər.
Mütəxəssis izah edib ki, bu cür hallarda orqanizm emosional vəziyyəti dəyişmək və psixikanı uyuşma halından çıxarmaq üçün belə qoxulara meyil göstərə bilər.
Həkimin sözlərinə görə, əgər qoxu duyğusunda belə dəyişikliklər qəfil başlayır və uzun müddət davam edirsə, eyni zamanda insan təcrid olunma, apatiya, süstlük və ya aqressivlik kimi simptomlar yaşayırsa, bu zaman mütəxəssisə müraciət etmək vacibdir.
Demyanovskaya vurğulayıb ki, qəribə qoxulara maraq yalnız psixi pozğunluqlarla deyil, həm də LOR orqanları ilə bağlı xəstəliklər, tənəffüs yoluxucu infeksiyalar, nevroloji pozğunluqlar, mikroelement çatışmazlığı və ya hamiləliklə də əlaqəli ola bilər.
Aytəkin TOFİQQIZI