Piylənmə və yüksək qan təzyiqi infarkt riskini ARTIRIR

 15:56 07.08.2025     50

Kardioloq və anestezioloq-reanimatoloq Anton Vaxlyaev bildirib ki, ürək infarktı bəzən heç bir xəbərdarlıq etmədən baş verə bilər. 

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya müsahibəsində danışıb.

Həkim bildirib ki, infarktın əsas xəbərçisi stenokardiya (angina pektoris) ağrıları ola bilər. Bu, adətən fiziki gərginlik zamanı döş qəfəsində  döş sümüyü arxasında yaranan ağrıdır. Zamanla bu ağrılar daha tez-tez və daha uzun müddətli olur. Bu isə ürəyin işemik xəstəliyinin klassik göstəricisidir.

Vaxlyaev əlavə edib ki, piylənmə və yüksək qan təzyiqi infarkt və insult kimi ürək-damar xəstəliklərinin yaranma riskini artırır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən