Alzheimer xəstəliyində erkən diaqnoz üçün yeni qan testi hazırlanıb

 18:50 07.08.2025     55

Almaniyanın Heidelberg Universitetindən olan tədqiqatçılar Alzheimer xəstəliyinin erkən mərhələlərində aşkarlanması üçün yeni, sadə və dəqiq qan testi inkişaf etdiriblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.

Tədqiqat, Alzheimer xəstəliyinə səbəb olan beta-amiloid zülalının qan plazmasında xüsusi biomarkerlərlə aşkar edilə biləcəyini göstərir. Yeni test ilə həkimlər xəstəliyi minlərlə dollar dəyərində maqnit rezonans və digər mürəkkəb müayinələrə ehtiyac olmadan, erkən mərhələdə müəyyən edə bilərlər.

Alman alimlər bildirir ki, bu test Alzheimer xəstəliyinin vaxtında müalicə və qarşısının alınması üçün böyük ümidlər vəd edir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən