Kişilərdəki papilloma qadınlarda xərçəng yaradır

 00:54 08.08.2025     53

Kişilərdə xaya, qasıq nahiyədə, xarici cinsiyyət üzvlərində səpkilər, ziyilə, kiçik ət çıxıntısına bənzər papilloma virus çıxıntıları gələcəkdə həm kişiyə, həm qadınlara ciddi problem yarada bilər.

Redaktor.az “Medicina”ya istinadla xəbər verir ki, bu barədə uroloq, androloq Qardaşxan Məmmədov xəbərdar edib.

“Papilloma virusdur, müalicə həmin ətcikləri götürmək, kəsmək, yandırmaqla olmur. Virusun öz xüsusi müalicəsi var.

Papilloma virusundan prezervativlə qorunmaq mümkün deyil. Virus o baryeri aşa bilir. Əgər kişi evlidirsə, xüsusilə müalicə tələb edir, çünki bu hər iki insan üçün təhlükəlidir.

Virusu asanlıqla yoldaşınıza keçirə bilirsiz. Uşaqlıq boynunda bu virus sonra uşaqlıq boynu xərçənginə kimi gətirib çıxara bilir”.

Vumart və Güvən reklamı Vumart Güvən