Gecə tərləmələri bəzi xərçəng növlərinin ilk əlaməti ola BİLƏR

 12:24 08.08.2025     89

Onkoloq Suhail Hussain ağır gecə tərləmələrinin bəzən xərçəngin ilkin əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, o bu haqda lenta.ru-ya danışıb.

“Limfoma və ya leykemiya kimi bəzi xərçəng növləri ilə bağlı gecə tərləmələri alın nahiyəsində bir neçə damcı ilə məhdudlaşmır. Bu tərləmə o qədər güclü ola bilər ki, yataq otağının sərin olmasına baxmayaraq, səhər oyananda pijama və çarpayı örtüyü islaq vəziyyətdə olur.”

Həkim əlavə edib ki, bu simptomlar təkcə qan xərçəngləri ilə deyil, eyni zamanda prostat, sümük, böyrək və qalxanabənzər vəz xərçəngləri ilə də əlaqəli ola bilər. O, digər narahatedici əlamətlər kimi səbəbsiz arıqlama, qızdırma, şiddətli yorğunluq və boyun, qarın, qasıq nahiyəsində limfa düyünlərinin böyüməsini də sadalayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən