Yuxusuzluq insult riskini 51 faiz artırır

Kardioloq Mariya Çaykovskaya yuxusuzluqdan əziyyət çəkən insanların ürək xəstəliyinə tutulma riskinin artdığını bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə "Teleqram" kanalında yazıb.
Çaykovskayanın sözlərinə görə, alimlər sübut ediblər ki, xroniki yuxusuzluq ürək-damar xəstəliklərinin inkişaf riskini 13 faiz artırır. Eyni zamanda, o, insult ehtimalının 51 faiz artdığını da xəbərdar edib.
Aytəkin TOFİQQIZI