Boğaz ağrısının səbəbləri və müalicəsi

Xarici tədqiqatçılar boğaz ağrısının yayılma səbəbləri və effektiv müalicə üsullarını araşdırıblar.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "The Lancet Infectious Diseases" elmi jurnalında dərc olunub.
ABŞ-nin Harvard Tibb Məktəbinin və Britaniyanın Oksford Universitetinin birgə apardığı araşdırmaya əsasən, boğaz ağrısına səbəb olan halların 70%-dən çoxu virus mənşəlidir və bu hallarda antibiotik istifadəsi faydasızdır.
Tədqiqatın nəticələrinə görə, xüsusilə soyuq mövsümlərdə yayılan boğaz ağrılarının əsas törədiciləri adenovirus, rinovirus və qrip viruslarıdır. Bununla yanaşı, streptokok bakteriyasının yaratdığı infeksiyalar da ciddi boğaz ağrılarına səbəb ola bilir. Alimlər bildirirlər ki, virus mənşəli ağrılarda isti mayelərin qəbulu, duzlu su ilə qarqara və istirahət ən təsirli üsullardır. Bakterial mənşəli hallarda isə həkim nəzarətində antibiotik istifadə edilməlidir.
Araşdırmada həmçinin qeyd olunur ki, artıq antibiotiklərin geniş və nəzarətsiz istifadəsi nəticəsində bəzi bakteriya növləri bu dərmanlara qarşı müqavimət göstərməyə başlayıb. Bu isə gələcəkdə daha çətin müalicə olunan boğaz infeksiyalarının yaranmasına səbəb ola bilər.
Mütəxəssislər vətəndaşlara boğaz ağrısı zamanı dərhal antibiotik qəbul etməmələri, əvvəlcə həkim müayinəsindən keçmələri tövsiyə olunur.
Nuriyyə NATİQQIZI