Gündəlik qəhvə istehlakı ömrü uzadır

 19:00 08.08.2025     71

Britaniyanın Southampton və İtaliya Florensiya universitetlərinin birgə apardığı araşdırma gündəlik qəhvə içməyin sağlamlığa müsbət təsirlərini ortaya çıxarıb.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “British Medical Journal”da (BMJ) dərc olunub.

40-dan çox fərqli araşdırmanın nəticələrini təhlil edən alimlər, gündə 2-3 fincan qəhvə içən insanların ürək-damar xəstəlikləri, şəkər və bəzi xərçəng növlərinə tutulma riskinin əhəmiyyətli dərəcədə azaldığını müəyyən ediblər.

Araşdırma iştirakçıları arasında 4 milyondan çox insanın məlumatları analiz olunub və məlum olub ki, orta səviyyədə qəhvə istehlakı erkən ölüm riskini 17%-ə qədər azalda bilər. Ən faydalı təsir isə südsüz, şəkərsiz qara qəhvədə müşahidə olunub.

Alimlər qeyd edirlər ki, qəhvə antioksidantlarla zəngindir və maddələr mübadiləsini sürətləndirir. Lakin həddindən artıq qəbulu – gündə 5 fincandan çox – əks təsirlərə səbəb ola bilər.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən