"Əgər doqquz ayından sonra uşaq sərbəst otura bilmirsə..." - Pediatrdan AÇIQLAMA

 13:10 11.08.2025     173

Körpələrin oturması inkişaf mərhələlərinin ən önəmli göstəricilərindən biridir. Doğru vaxtda və düzgün şəkildə oturdulması körpənin sağlam inkişafı üçün vacibdir.

Bəs körpələr doğulduqdan neçə ay sonra oturdulmalıdırlar?

Redaktor.az-a açıqlama verən Azərbaycan Pediatriya cəmiyyətinin həqiqi üzvü,5 Saylı uşaq Poliklinikasının Pediatriyasının Şöbə müdiri Eyniyeva Mahirə Tahir qızı bildirdi ki, körpələr üç ayından sonra dəstəkli şəkildə yarım oturaq vəziyyətdə oturmaldırlar.

"Yəni bu valdeyn dəstəyi ilə həyata keçirilməlidir. Körpəni qucağımızda otuzdurarkən dəstək verməliyik ki, uşaq yarım oturaq vəziyyətdə otursun. Altı ayından sonra artıq uşaq sərbəst oturmağa başlamalıdır. Körpəyə altı aydan doqquzuncu aya qədər fiziki inkişaf üçün vaxt verə bilərik".

Onun sözlərinə görə, əgər doqquz ayından sonra uşaq sərbəst otura bilmirsə, artıq bu bir siqnal olmalıdır və valdeyn nevropatoloqa müraciət etməlidir:

"Nevropatoloqa müraciət isə tələbdir. Biz uşağın fiziki, motorik inkişafını diqqətdə saxlamalıyıq. Fiziki inkişafı, əgər aylara uyğun gəlirsə və doqquz ayından sonra artıq uşaq dəstəksiz oturursa, deməli uşağın fiziki inkişafı aylarına görə normal şəkildə gedir".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən