İştahsızlıq bəzən infarktın xəbərçisi ola BİLƏR

 15:13 11.08.2025     145

Kardioloq Roksana Portnova bildirib ki, bəzi ürək xəstəlikləri özünü açıq şəkildə göstərməsə də, müəyyən gizli simptomlarla tanınır.

Redaktor.az xəbər verir ki, mütəxəssis lenta.ru-ya açıqlamasında bu əlamətləri sadalayıb.

Həkimin sözlərinə görə, istirahətdən sonra belə keçməyən daimi yorğunluq və adi fiziki fəaliyyət zamanı dözümlülüyün azalması ürək çatışmazlığı, aritmiya və ya ürək qüsurlarının göstəricisi ola bilər. Yuxu apnesi də hipertoniya, infarkt və insult riskini artıran ciddi amil sayılır.

Portnova qeyd edib ki, qeyri-müntəzəm ürək ritmi və ya aşağı qan təzyiqi başgicəllənmə, huşunu itirmə öncəsi vəziyyət və huşunu itirməyə səbəb ola bilər. Angina və infarkt zamanı isə çənə, boyun, qol və arxada ağrılar müşahidə olunur. Ürək qüsurları dərinin solğunlaşması və göyərməsi (siyanoz) ilə özünü göstərə bilər.

Kardioloq əlavə edib ki, iştahsızlıq, qarında şişkinlik, ürək yanması və ürəkbulanma da bəzən infarktın xəbərçisi ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən