Yulaf əzməsi sevənlər bu qaydalara əməl etsələr maksimum fayda əldə edəcəklər

 15:18 11.08.2025     131

Qastroenteroloq Olqa Pomoinetskaya bildirib ki, səhər yeməyi üçün yulaf əzməsi sevənlər bir neçə məsləhətə əməl etsələr, ondan maksimum fayda əldə edə bilərlər.

Redaktor.az xəbər verir ki, mütəxəssis məsləhətləri "Teleqram" kanalında paylaşıb.

Pomoinetskaya yalnız uzun müddət bişirilən yulaf lopalarını seçməyə çağırıb.

“Beş dəqiqəlik sıyıqların tərkibində şəkər, ləzzətverici, rəngləndirici kimi əlavələr var. Belə sıyıqlar heç kimə yaraşmaz. Bu növ lopa sadə karbohidratların mənbəyidir. Onların tərkibində lif yoxdur, qanda qlükoza səviyyəsini artırır və toxluq hissi vermir”, - deyə o izah edib.

Həkim sıyığı suda, bitki südündə və ya sümük bulyonunda bişirməyi məsləhət görüb. Toxluq hissi üçün isə qaba qızardılmış sərt pendir, qaynadılmış yumurta, balıq, bişmiş göbələk, feta pendiri və ya avokado əlavə etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən