Oturaq işdə işləyirsizsə, bunu EDİN

Sağlam kürəyi qorumaq və iş günündən sonra ağrılarla mübarizə aparmaq üçün çəkiyə nəzarət etmək, əzələ korsetini gücləndirmək və yüksək keyfiyyətli iş kreslosuna üstünlük vermək lazımdır.
Redaktor.az xəbər verir ki, bu haqda aif.ru-ya mütəxəssislər məlumat verib.
Travmatoloq-ortoped, osteopat, tibb elmləri namizədi Konstantin Ternovoy oturaq iş zamanı hər saatda 15 dəqiqə qalxıb yeriməyi tövsiyə edib. O, həmçinin yağın əzələyə nisbətinin balanslı olmasının və iş kreslosu ilə çarpayının keyfiyyətinin önəmini vurğulayıb.
Ternovoyun sözlərinə görə, dünyada hər on nəfərdən səkkizində bel ağrısı var, hər beşinci insan isə həyatında ən azı bir dəfə bel ağrısına görə işə gedə bilmir.
Ortoped Giancarlo Mariano isə bəzi gündəlik fəaliyyətlərin bel sağlamlığına zərər verdiyini deyib. Onun sözlərinə görə, smartfon və digər qadcetlərdən başı aşağı istifadə, eləcə də oturaq həyat tərzi onurğa sütununun vəziyyətini pisləşdirir. Mütəxəssis, gecələr əzələlərin bərpasına mane olan yararsız yastığın da ağrı və narahatlığa səbəb olduğunu qeyd edib.
Aytəkin TOFİQQIZI