Sağlam yuxu üçün hər gün eyni vaxtda yatmaq lazımdır

Nevroloq Janaina Pacheco bildirib ki, gündə yeddi saatdan az yatmaq səkkiz xəstəliyin inkişaf riskini artırır.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Terra” nəşrinə müsahibəsində danışıb.
Pacheconun sözlərinə görə, yuxu çatışmazlığı hipertoniya, infarkt, insult, piylənmə, diabet, demans, depressiya və narahatlıq pozğunluğuna səbəb ola bilər.
O, həmçinin immunitet sisteminin zəifləməsi, yaddaşın pisləşməsi və konsentrasiya qabiliyyətinin azalmasını da mənfi nəticələr kimi qeyd edib.
Həkim vurğulayıb ki, yuxululuq və reaksiyanın ləngiməsi yol qəzaları və istehsalatda bədbəxt hadisələr riskini artırır.
Onun tövsiyəsinə görə, sağlam yuxu üçün hər gün eyni vaxtda yatmaq, yataq otağında qaranlıq mühiti təmin etmək və axşam saatlarında qadcetlərdən uzaq durmaq vacibdir.
Aytəkin TOFİQQIZI