Gün ərzində neçə yumurta yeyə bilərik? - Mütəxəssis açıqladı

Endokrinoloq Daria Xaykina bildirib ki, gündə neçə yumurta yeməyin təhlükəsiz olduğu insanın həyat tərzindən və sağlamlıq vəziyyətindən asılıdır.
Redaktor.az xəbər verir ki, o bu haqda lenta.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, peşəkar idmanla məşğul olmayan və sadəcə səhər yeməyində yumurta yemək istəyən insanlar üçün təhlükəsiz miqdar gündə 1-2 ədəd hesab olunur. Aktiv həyat tərzi sürən, xroniki xəstəliyi olmayan idmançılar isə gündə 3-4 yumurta yeyə bilərlər.
Xaykina qeyd edib ki, yumurta sarısında təxminən 200 milliqram xolesterol var, lakin sağlam insanlarda qandakı xolesterola ən çox təsir edən amillər doymuş yağlar və şəkərdir.
Lipid mübadiləsi pozğunluğu, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliyi olan şəxslər isə yumurta istehlakını həkimlə məsləhətləşərək məhdudlaşdırmalıdırlar.
Aytəkin TOFİQQIZI