Səhər yeməyini atlamağın beyinə təsiri

Səhər yeməyini davamlı şəkildə atlayan insanların beyin sağlamlığı orta yaşdan sonra daha sürətlə zəifləyir.
Redaktor.az xəbər verir ki, Yaponiyanın Osaka Universiteti alimləri 10 min nəfər üzərində 15 illik müşahidə apararaq bu nəticəyə gəliblər.
Araşdırmaya görə, səhər yeməyindən imtina edənlərin yaddaş testlərində nəticələri 13% aşağı olub, diqqət toplama qabiliyyəti isə 9% zəif çıxıb. Mütəxəssislər bunu gecə boyu azalan qan şəkərinin səhər saatlarında beynin enerji mənbəyini məhdudlaşdırması ilə izah edirlər.
Tədqiqat rəhbəri professor Kenji Nakamura bildirib: "Beyin, günün ilk saatlarında aldığı qida ilə bütün günün fəaliyyət ritmini müəyyən edir. Ona görə səhər yeməyini təkcə mədə üçün deyil, yaddaş və diqqət üçün də qəbul etmək lazımdır".
Eyni zamanda, ABŞ-da aparılan başqa bir araşdırma göstərib ki, zülal və liflə zəngin səhər yeməyi (yumurta, yulaf, meyvə) gün ərzində həm əhvalı yaxşılaşdırır, həm də iş məhsuldarlığını artırır.
Nuriyyə NATİQQIZI