Gecə işığı altında yatmağın sağlamlığa ZƏRƏRİ

 18:34 11.08.2025     142

Gecə yuxu zamanı otaqda zəif də olsa işıq mənbəyinin olması bədən biologiyasına mənfi təsir göstərir. 500 nəfərlik tədqiqatda iştirakçılar 2 qrupda izlənilib: tam qaranlıqda yatanlar və zəif işıq altında yatanlar.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin "Northwestern University" alimləri müəyyən ediblər.

Nəticələrə görə, zəif işıqda yatan insanların ürək döyüntüləri yuxu zamanı daha sürətli olub, insulin müqaviməti 10%-ə qədər artıb və səhər oyananda özlərini daha yorğun hiss ediblər. Alimlər bunu işığın bədən saatını idarə edən melatonin hormonunun ifrazını zəiflətməsi ilə izah edirlər.

Tədqiqat rəhbəri Dr. Filo Andersen qeyd edir: "Hətta telefon ekranının işığı belə beyin tərəfindən 'gün işığı' kimi qəbul oluna bilər və bu, yuxu keyfiyyətini pozar".

Alimlərin tövsiyəsi: Yataq otağında bütün süni işıq mənbələrini aradan qaldırmaq, qalın pərdə və ya yuxu maskası istifadə etmək sağlam yuxu üçün vacibdir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən