Ev üsulu ilə diş ağartmaq ziyandır - Stomatoloqdan XƏBƏRDARLIQ

 19:51 11.08.2025     167

“Stomatoloq olaraq tez-tez pasiyentlərdən “Dişlərimi soda və ya limonla ağartmaq olarmı?” sualını eşidirəm. Cavabım qəti şəkildə “Xeyr”dir. Çünki bu üsullar, hər nə qədər “təbii” görünsə də, diş sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli dişlərin ev şəraitində ağardılmasımdan danışarkən bildirdi.

“Limonun tərkibindəki turşu diş minasını yumşaldır və tədricən əridir. Mina qalınlığının azalması dişləri daha həssas edir, soyuq, isti və şirin qidalara qarşı ağrı yaradır.

Sodanın abrazivliyi isə mina qatını mexaniki olaraq sürtüb nazildir. Qısa müddətdə dişləriniz daha ağ görünə bilər, lakin uzun müddətdə qoruyucu qat zədələnir və diş çürümələrinə yol açılır”.

Stomatoloq tövsiyə edir ki, dişlərinizi təhlükəsiz və effektiv şəkildə ağartmaq istəyirsinizsə, bunu yalnız stomatoloqun nəzarəti altında edin.

“Klinikada tətbiq edilən ağardıcı gellər, ev üçün xüsusi hazırlanmış ağardıcı kapalar və professional təmizləmə (skaling + airflow) üsulları həm effektli, həm də diş sağlamlığı üçün təhlükəsizdir.

Unutmayın ki, diş sağlamlığı bir ömürlük sərmayədir. Təbii görünsə də, yanlış üsullar bu sərmayəni geri dönüşü olmayan şəkildə zədələyə bilər” , - deyə İdris Rəhimli vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən