Ağız xərçəngi erkən mərhələdə adi ağız xəstəliklərinə bənzəyə BİLƏR

 11:35 12.08.2025     106

Ağız boşluğunda bədxassəli şiş istənilən yerdə inkişaf edə bilər və vaxtında müalicə olunmazsa, ətraf toxumalara, əzələlərə və sümüklərə yayıla bilər.

Redaktor.az xəbər verir ki, bu haqda onkoloq Aleksandr Seryakov aif.ru-ya danışıb.

Həkimin sözlərinə görə, ağız selikli qişasının xərçənginin erkən əlamətlərinə uzun müddət sağalmayan xoralar, davamlı ağız qoxusu, ağızda və ya burunda səbəbsiz qanaxma daxildir. Həmçinin, səsin uzunmüddətli xırıltısı da təhlükə siqnalı ola bilər.

Seryakov bildirib ki, erkən mərhələdə şiş, diş əti iltihabı (gingivit), ağız iltihabı (stomatit) və ya dil iltihabı (glossit) kimi adi xəstəliklərə bənzəyə bilər. Həmçinin, selikli qişada ağ və ya qırmızı ləkələr, xərçəngönü vəziyyət sayılan leykoplakiya və eritroplakiya şəklində də özünü göstərə bilər.

Onkoloq vurğulayıb ki, xəstəlik erkən aşkarlandıqda demək olar həmişə uğurla müalicə olunur. Gecikmiş mərhələlərdə isə müalicə çətinləşir və nəticə şişin növündən asılı olur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən