Xolesterol səviyyəsi pəhrizdən təsirlənə BİLƏR

Kardioloq Reis Markes arıq insanların da yüksək xolesterinin ola biləcəyini bilidirib.
Redaktor.az xəbər verir ki, o, bu haqdq aif.ru-ya danışıb.
“Klinik qiymətləndirmə güzgüdə görünəndən kənara çıxmalıdır. Genetik faktorlar və gözə görünməyən visseral piylərin yığılması, hətta arıq insanlarda belə xolesterinin səviyyəsinin dəyişməsinin əsas səbəblərindəndir”, - deyə Markes izah edib.
Digər səbəblər, həkimin sözlərinə görə, pis qidalanma, xroniki stress və oturaq həyat tərzidir.
Bundan əlavə, xolesterol səviyyəsi pəhrizdən təsirlənə bilər.
Kardioloq Nivaldo Filqeyrasın sözlərinə görə, testlər çoxlu doymamış yağların, qızardılmış qidaların, fast foodların və peçenye, tortlar və qəlyanaltılar kimi işlənmiş qidaların həddindən artıq istehlakı ilə pisləşir.
Aytəkin TOFİQQIZI