"Bəzi uşaqlar saçın toxuması və ya dad hissi ilə sakitləşirlər" - Psixoloq

 18:19 13.08.2025     149

Son illərdə uşaqlar arasında saç yemə hallarında artım müşahidə olunur. 

Bəs bunun əsas səbəbi nədir?

Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, saç yemək çox vaxt saç yolma vərdişi sonra baş verir:

"Uşaq əvvəlcə saçını yolur, sonra onu çeynəyir və ya udur. Bu hal Pika adlanan qeyri-adi qida yemə pozuntularına da aid edilə bilər. Yəni qida olmayan maddələrin yeyilməsi. Uşaqlar emosiyalarını sözlə ifadə edə bilməyəndə, saç yolma və yemə kimi “özünü sakitləşdirmə” davranışına keçirlər".

Onun sözlərinə görə, ailə daxilində gərginlik, məktəb dəyişməsi, diqqət azlığını buna nümunə ola bilər.

"Bəzi uşaqlar saçın toxuması və ya dad hissi ilə sakitləşirlər. Saçın udulması trixobezoar (mədədə saç topası) əmələ gətirə bilər, bu da cərrahi müdaxilə tələb edə bilər. Uşağı danlamaq və ya utandırmaq əvəzinə, səbəbi anlamağa çalışmaq lazımdır. Uşağın stresini azaltmaq üçün gündəlikdə rahatlama məşqləri, idman, yaradıcılıq fəaliyyətləri yerinə yetirmək uyğundur. Əgər hal davamlıdırsa, uşaq psixoloqu və uşaq həkiminin birgə müdaxiləsi vacibdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən