Talassemiya xəstəliyi özünü necə biruzə verir?

"Ümumiyyətlə talassemiya xəstəliyinin əlamətləri özünü üç ayından bir yaşına kimi göstərir. Bəzən isə gec dönəmlərdə də rast gəldiyimiz olubdur. Əsas əlamətlərinə dəri örtüyünün, selikli qişanın solğunluğu, sarılığı aiddir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuzioligiya şöbəsinin müdiri Tünzalə Əhmədova bildirdi.
"Fiziki inkişafın ləngiməsi, sümüklərdə talassemiya xas dəyişikliklərin olması, dalağın, qara ciyərin ölçüsünün böyüməsi və sizin rənginin kütləşməsi aiddir. Yəni insan əgər bu əlamətlərdən hansısa birini özündə görürsə, mütləq hematoloqa müraciət etməlidir ki, araşdırılsın ki, səbəb talasemiyadır, yoxsa başqa bir səbəbdir",- deyə həkim qeyd etdi
Nuriyyə NATİQQIZI