Türk alimləri “şəkər dərmanı” ilə ürək xəstəliklərində yeni fürsət aşkarlayıb

Türkiyəli alimlər şəkər xəstələrinin müalicəsində istifadə olunan bir dərman qrupunun eyni zamanda ürək xəstələrində də qoruyucu rol oynaya biləcəyini açıqlayıb.
Redaktor.az bu barədə türk mediasına istinadla xəbər verir.
Ankara Bilkent Şəhər Xəstəxanası Kardiologiya Bölümü Aritmi Klinikası Direktoru Prof. Dr. Serkan Topaloğlu və həkimlər Prof. Dr. Fırat Özcan başçılıq etdiyi tədqiqatda, “şəkər dərmanı” olaraq bilinən SGLT2 inhibitorlərinin kalp yetmezliyi və atriyal fibrilasiya (AF) xəstələrində ölüm riskini, xəstəxanaya yatışları və ritm pozğunluqlarının təkrarlanmasını azaltdığı göstərilib.
Prof. Dr. Fırat Özcan nəticələri “Journal of Cardiovascular Electrophysiology” jurnalında yayımlanan araşdırmaya istinad edərək bildirib ki, kalp yetmezliyi xüsusilə orta və irəli yaş qrupunda görülür və müalicənin düzgün aparılması xəstələrin yaşam keyfiyyətinə birbaşa təsir edir.
“Ürək çatışmazlığı xəstələrinin qarşılaşdığı risklər arasında ritm pozğunluqları və nəfəs alma çətinlikləri var. Bu xəstələrdə atriyal fibrilasiya daha çox rast gəlinir və ablasyon ritm pozğunluğunu yandırma müalicəsi tətbiq edirik. Ablasyon nəticəsində ritm pozğunluqları azaldıqda xəstələrin yaşam keyfiyyəti yüksəlir, sağ qalma müddəti uzanır və xəstəxanaya yatışlar azalır”, - deyə Özcan əlavə edib.
Araşdırmada təxminən 250 xəstə iştirak edib. İki qrup dərmanı istifadə edən və etməyən müqayisə olunub və nəticələr göstərib ki, dərmanı istifadə edənlərdə ölüm, ritm pozğunluğunun təkrarlanması və xəstəxanaya yatışlar daha az olub. Tədqiqat həm şəkər xəstələri, həm də şəkər xəstəsi olmayan xəstələrdə eyni faydaları göstərib.
Nuriyyə NATİQQIZI