Yerə düşən yeməyin üzərində mikroorqanizmlər çox aktiv şəkildə çoxalır

Həkim Teresa Arnandiz bildirib ki, yerə düşən yeməyin üç saniyədən az müddətdə götürülməsinin təhlükəsiz olduğunu iddia edən “üç saniyəlik qayda” sadəcə bir mifdir.
Redaktor.az xəbər verir ki, mütəxəssis aif.ru-ya açıqlamasında bu konsepsiya ilə bağlı xoşagəlməz həqiqətləri açıqlayıb.
Arnandiz apardığı təcrübədə eyni yeməkdən iki parça kəsib: birini üç saniyə ərzində yerə atıb, digərinə isə toxunmayıb. Daha sonra hər iki parçanı petri qabına yerləşdirərək bakteriyaların çoxalması üçün şərait yaradıb.
Nəticələrə görə, “üç saniyəlik qayda”ya əsasən parçalar arasında fərq olmamalı idi. Lakin araşdırma göstərib ki, yerə düşən yeməyin üzərində mikroorqanizmlər çox aktiv şəkildə çoxalır, nəzarət nümunəsində isə bakterial çirklənmə demək olar müşahidə olunmur.
Aytəkin TOFİQQIZI