Bu qızdırma ağcaqanad dişləməsi ilə yayılır

 13:24 14.08.2025     50

Çikunqunya qızdırması, onu daşıyan ağcaqanadların sarı qızdırma ağcaqanadı və Asiya pələng ağcaqanadının dişləməsi ilə yayılır.

Redaktor.az xəbər verir ki, bu haqda lenta.ru-nun "Teleqram" kanalında paylaşım edilib.

Xəstəlik əsasən Cənubi Amerika, Asiya və Afrikada yayılıb. Həmçinin Madaqaskar, Somali, Keniya və son vaxtlar Çində də epidemiyalar qeydə alınıb.

İnfeksiya həmçinin xəstə insanın qanı ilə təmas zamanı keçə bilər. Yoluxduqdan 4–8 gün sonra xəstədə yüksək hərarət, oynaqlarda və əzələlərdə güclü ağrılar, şişlik, ürəkbulanma və səpgilər yaranır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən